Nani yenidən Türkiyəyə qayıtdı

Portuqaliya millisinin sabiq futbolçusu Luis Nani karyerasını yenidən Türkiyədə davam etdirəcək.

Komanda.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi “Adana Dəmirspor”a keçib.

Bu barədə Super Liqa klubunun mətbuat xidməti məlumat yayıb. Nani ilə 1+1 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Nani daha öncə Türkiyədə “Fənərbaxça”nın da formasını geyinib. O, son klubu olan Avstraliya “Melburn Viktori”sindən ötən ay azad agent kimi ayrılmışdı. Nani əvvəllər “Mançester Yunayted”, “Sportinq”, “Latsio”, “Venesiya” kimi klublarda da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button