Nani rəsmən ABŞ klubunda

Cari mövsümün sonunda “Sportinq”lə müqaviləsi başa çatacaq Luiş Nani Portuqaliya klubu ilə yollarını erkən ayırıb.

Komanda.az xəbər verir ki, 32 yaşlı vinger karyerasını Amerikada davam etdirəcək. O, “Orlando Siti” klubuna transfer olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 3 illik müqaviləyə imza atan Luişin yeni klubu “Sportinq”ə heç bir təzminat ödəməyib. Futbolçu yeni komandasında 17 nömrəli formanı geyinəcək.

Bu mövsüm “Sportinq”lə 28 oyunda iştirak edən portuqaliyalı futbolçu, bu oyunlarda 9 qol vurub, 7 məhsuldar ötürmə verib. O, Portuqaliya yığmasında 112 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button