Nani Avstraliya klubundan ayrıldı
Avstraliyanın “Melburn Viktori” klubu portuqaliyalı ulduz futbolçusu Luis Nani ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Portuqaliya yığmasının sabiq yarımmüdafiəçisi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
36 yaşlı vinger 2022-ci ilin yayında Avstraliya klubu ilə 2 illik sözləşmə imzalamışdı. O, bu komandanın heyətində cəmi 10 oyuna çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin