
“Nant” PSJ-nin istəyini qəbul etmək istəmir
“Nant” PSJ ilə keçirəcəyi Liqa 1 oyununun təxirə salınması tələbini rədd etmək niyyətindədir.
Antuan Kombuarenin komandası aprelin 13-də parisliləri öz meydanında qəbul etməyi planlaşdırır.
Komanda.az “Ouest-France”-a istinadən xəbər verir ki, PSJ UEFA Çempionlar Liqasının 1/4 finalında “Aston Villa” ilə keçirəcəyi oyunlar arasında mümkün qədər çox istirahət etmək və “Nant”la Liqa 1 matçının təxirə salınmasını istəyib.
Birmingem komandası ilə ilk oyun aprelin 9-da, cavab matçı isə bir həftə sonra olacaq. PSJ-nin Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunundan sonra “Nant”la səfər matçını keçirmək istədiyi bildirilir. Bununla belə, “Nant”ın parislilərin bu tələbini rədd edəcəyi gözlənilir. Çünki bu, aşağı pillələrdə qərarlaşan komandanı bir həftə ərzində üç liqa oyunu keçirməyə məcbur edəcək.
Bizi Facebook-da izləyin



