Namiq Əliyev Dünya Güləş Birliyinin Büro üzvü seçildi
Bu gün Serbiyanın paytaxtı Belqradda Dünya Güləş Birliyinin (UWW) Konqresi baş tutub.
Komanda.az xəbər verir ki, iclasda UWW-nin Büro üzvü, Azərbaycan Güləş Federasiyasının (AGF) vitse- prezidenti Namiq Əliyev, AGF-nin baş katibi Nəsimi Musayev və İcraiyyə Komitəsinin üzvü Vasif Məmmədov iştirak edib.
Tədbirdə bir çox məsələlərlə bağlı müzakirələr aparılıb, o cümlədən UWW-nin İcraiyyə Komitəsinə seçkilər keçirilib. Namiq Əliyev növbəti dəfə ali qurumun Büro üzvü seçilib.
İcraiyyə Komitəsinin üzvləri qarşıdakı 6 ildə bu vəzifədə fəaliyyət göstərəcəklər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin