Namik fərqləndi, “Bursaspor” yenə uduzdu
Futbol üzrə Türkiyə 1-ci liqasında 13-cü turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Namik Ələskərovun komandası “Bursaspor” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “İstanbulspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 2:4.
Namik də bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. Bursalıların 28-ci dəqiqədə vurduğu ilk qolun məhsuldar ötürməsini də azərbaycanlı futbolçu verib. Millimizin üzvü 33-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
“Bursaspor” 13 turdan sonra 14 xalla 19 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin