Namik Ələskərovun komandası darmadağına üzüldü

“Bursaspor” bu gün Türkiyə 1-ci liqasında növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Namik Ələskərovun komandası 22-ci turdan təxirə salınmış matçda “Eyüpspor”un qonağı olub.

Yanvarın 23-də keçirilməli olan qarşılaşma güclü qar səbəbindən 16-cı dəqiqədə – meydan sahibləri 1:0 hesabı ilə öndə olduğu vaxt yarımçıq dayandırılmışdı. Həmin vaxt yeganə qola 2-ci dəqiqədə Pa Dippa imza atmışdı.

Qaldığı yerdən davam etdirilən görüşdə daha 2 qol vuran “Eyüpspor” rəqibini darmadağın edib – 3:0. Komandanın heyətində 15-ci dəqiqədə Umut Bulut və 59-cu dəqiqədə Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Timur Temeltaş fərqləniblər.

Meydana start heyətində çıxan Namik Ələskərov sonadək mübarizə aparıb.

“Bursaspor” 26 oyundan sonra 25 xalla 19 komanda arasında 18-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button