Namik Ələskərovun komandası aşağı liqaya gedir
Azərbaycan millisinin futbolçusu Namik Ələskərov Türkiyənin “Bursaspor” klubunda növbəti oyununu keçirib.
Komanda.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi səfərdə “Bandırmaspor”a qarşı 1-ci liqanın 37-ci tur matçında iştirak edib.
Oyun Bursa təmsilçisinin 2:4 hesablı məğlubiyyəti ilə bitib. Matça start heyətdə başlayan Ələləskərov 63-cü dəqiqədə əvəzlənib.
“Bursaspor” 35 oyuna 41 xalla 16-cı pillədə qərarlaşıb və komandanın sona bir tur qalmış aşağı liqaya düşəcəyi dəqiqləşib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin