Namik Ələskərovun klubunda baş məşqçi istefası
Azərbaycanlı futbolçu Namik Ələskərovun çıxış etdiyi Türkiyənin “Bursaspor” klubu baş məşqçisi Tamer Tuna ilə yollarını ayırıb.
Komanda.az Bursa klubunun rəsmi saytına istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Tamer Tuna “Bursaspor”a 2021-ci il dekabrın 23-də baş məşqçi təyin edilmişdi. Bu, klubun cari mövsümdə vidalaşdığı 3-cü mütəxəssis olub.
“Bursaspor” 25 oyundan sonra 25 xalla 19 komanda arasında 18-ci pillədə qərarlaşıb. Bursa təmsilçisi rəqiblərindən iki oyun az keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin