Namik Ələskərovun durumuna aydınlıq gəldi
Azərbaycan millisinin futbolçusu Namik Ələskərov “Bursaspor”da tibbi müayinədən keçib.
Komanda.az xəbər verir ki, yığmanın düşərgəsində zədələnən 27 yaşlı futbolçunun vəziyyətinin yaxşı olduğu müəyyənləşib.
Ələskərovun Türkiyə 1-ci liqasının 30-cu turunda “Keçiörengücü” ilə matçda iştirak edəcəyi gözlənilir.
Sabah keçiriləcək “Keçiörengücü” – “Bursaspor” oyunu saat 14:30-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin