Namik Ələskərovsuz vida
Azərbaycan millisinin futbolçusu Namik Ələskərov “Bursaspor”la Türkiyə 1-ci liqasında cari mövsümünün sonuncu – 38-ci tur oyununa çıxmayacaq.
Komanda.az Türkiyə mətbuatına istinadən xəbər ki, 27 yaşlı yarımmüdafiəçi məşqlərə qatılmadığından, “Menemenspor”a qarşı matçda iştirak etməyəcək. Onunla yanaşı, komandadakı digər legionerlər və bir çox əsas heyət üzvü də mövsümün son matçını buraxacaq.
Bursa təmsilçisinin meydana daha çox U-19 və U-17 komandasının futbolçularından ibarət heyətlə çıxacağı gözlənilir.
Namik Ələskərovun “Bursaspor”la 2023-cü ilin yayınadək müqaviləsi var. Amma komanda 2-ci liqaya düşdüyündən və orada legionerlərin çıxışına icazə verilmədiyindən, azərbaycanlı futbolçu ilə yollar ayrılacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin