Nağıyevli “Obolon”dan heç-heçə
Ukrayna Premyer Liqasında 8-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Dmitri Nağıyevin komandası – “Obolon” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv bu turda “Veres Rivne” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası doğma meydanda baş tutan bu oyundan heç-heçə ilə ayrılıb – 0:0. Dmitri bu matçda 90 dəqiqə meydanda olub.
8 turdan sonra 6 xala malik “Obolon” 16 komanda arasında 13-cüdür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin