Nağıyevli “Obolon” səfər matçından xalsız döndü
Ukrayna Premyer Liqasında 3-cü turunun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Dmitri Nağıyevin komandası – “Obolon” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv bu turda Odessa “Çernomorets”i ilə üz-üzə gəlib. Futbolçumuzun komandası səfərdə baş tutan bu oyundan xalsız ayrılıb – 0:2.
Dmitri bu oyunun 67-ci dəqiqəsində meydana buraxılıb.
3 turdan sonra 1 xala malik “Obolon” 16 komanda arasında 11-cidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin