
Nağıyevin komandası səfərdən xalsız döndü
Futbol üzrə Ukrayna Premyer Liqasında 20-ci turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq müdafiəçisi Dmitri Nağıyevin formasını geyindiyi “İnqulets” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv “Vorskla”nın qonağı olub. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
Nağıyev bu görüşə start heyətdə başlayıb və 72-ci dəqiqədə əvəzlənib.
“İnqulets” hazırda 22 xalla 16 kollektiv arasında 9-cu sırada qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin