
Nağıyevin komandası “Dinamo”nu 1/4 finala buraxmadı
Ukrayna kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Dmitri Nağıyevin komandası “Obolon” da növbəti matçına çıxıb.
Sözügedən komanda bu mərhələdə Kiyev “Dinamo”su ilə üz-üzə gəlib. 1:0 hesablı qələbəyə sevinən “Obolon” 1/4 finala yüksəlib.
Dmitri bu oyunu sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin