Nağıyev üçün 90 dəqiqə və 3 xal

Futbol üzrə Moldova çempionatında 4-cü turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq üzvü Dmitri Nağıyevin formasını geyindiyi “Dinamo-Avto” da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Speranta” ilə qarşılaşıb. Nağıyevin komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.

Millimizin sabiq müdafiəçisi də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. İlk turda bir qola imza atan Dmitri bu dəfə fərqlənə bilməyib.

Dörd turdan sonra 9 xalı olan “Dinamo-Avto” 10 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button