Nağıyev oynadı, komandası evdə xal itirdi
Futbol üzrə Moldova çempionatında 7-ci turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq üzvü Dmitri Nağıyevin formasını geyindiyi “Dinamo-Avto” da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda “Zimbru” ilə qarşılaşıb. Nağıyevin komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Millimizin sabiq müdafiəçisi də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. İlk turda bir qola imza atan Dmitri bu dəfə fərqlənə bilməyib.
7 turdan sonra 10 xalı olan “Dinamo-Avto” 10 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin