Nağıyev oynadı, komandası darmadağına üzüldü

Futbol üzrə Moldova çempionatında 6-cı turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq üzvü Dmitri Nağıyevin formasını geyindiyi “Dinamo-Avto” da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə lider Tiraspol “Şerif”i ilə qarşılaşıb. Nağıyevin komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:6.

Millimizin sabiq müdafiəçisi də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib. İlk turda bir qola imza atan Dmitri bu dəfə fərqlənə bilməyib.

6 turdan sonra 9 xalı olan “Dinamo-Avto” 10 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button