
Nağıyev Avroliqa matçında 78 dəqiqə oynadı, komandası…
Futbol üzrə Avropa Liqasında 1-ci təsnifat mərhələsinin oyunları keçirilir.
Komanda.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq yarımmüdafiəçisi Dmitri Nağıyevin formasını geyindiyi “Dinamo-Avto” da bu turnirdə qüvvəsini sınayıb.
Moldova klubu səfərdə Latviya “Ventspils”i ilə qarşılaşıb. Üç qolun qeydə alındığı matç Nağıyevin komandasının məğlubiyyəti ilə başa çatıb – 1:2.
Dmitri də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 78-ci dəqiqədə əvəzlənib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin