“Həmişə Serxio Ramosa heyran olmuşam”
“Real”ın keçmiş müdafiəçisi Naço Fernandes liderlik keyfiyyətlərini kimdən öyrəndiyini deyib.
Komanda.az “Relova”-ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu, həmişə Serxio Ramosa heyran olduğunu bildirib:
“Bu illər ərzində öyrəndiyim lider? Mən həmişə Serxio Ramosa heyran olmuşam. Yalnız oynamaq üçün deyil, həm də, liderlik keyfiyyətləri və həmişə qalib gəlmək istəyi üçün. O, həmişə ən yaxşı olmaq istəyirdi”.
Naço “Real”la 6 Çempionlar Liqası, eləcə də bir çox yerli kuboklar qazanıb. “Kral klubu”nun keçmiş kapitanı yayda azad agent kimi Səudiyyə Ərəbistanının “Əl-Qadisiya” klubuna keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin