“Karyeramla fəxr edirəm”

“Real”ın sabiq müdafiəçisi Naço Fernandes “kral klubu”ndakı karyerası haqda danışıb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu karyerasıyla fəxr etdiyini bildirib:

“Mən karyeramla fəxr edirəm. “Real”da oynayarkən dünyanın ən yaxşı futbolçularına qarşı mübarizə aparmaq imkanım oldu. Dünyanın ən güclüləri ilə yarışdım. Çox şadam ki, burada çox şeyə nail olmuşam. Azarkeşlər məni sevir, bu çox vacibdir. Ötən mövsüm İspaniya çempionatında və Çempionlar Liqasında qələbələr olub. Mən çox qürur duyuram və hər şeyə görə minnətdaram”.

Naço “Real”da 364 oyun keçirib, 16 qol vurub və 10 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button