“Nəzarəti əvvəldən sona kimi əlimizdə saxladıq”
“Gəncə”nin baş məşqçisi Halil Atlı Azərbaycan Basketbol Liqasının 12-ci turunda “Quba” ilə oyundan sonra klubun mətbuat xidmətinə açıqlama verib.
Komanda.az xəbər verir ki, mütəxəssis yaxşı komanda formalaşdırdıqlarını vurğulayıb:
“Heyətdəki itkiyə baxmayaraq meydançada yaxşı mübarizə apardıq. Komandamızı təbrik edirəm. Oyuna sərt başladıq. Matça nəzarəti əvvəldən sona kimi əlimizdə saxladıq. Əslində bu həftə bu oyuna hazırlaşmadıq. Çünki hədəfimiz “Ordu” ilə görüşdür. Ona görə də “Quba” ilə matç qarşıdakı oyuna bir növ hazırlıq idi. Kimin nə deməsindən asılı olmayaraq biz yaxşı komandayıq. Hər keçən gün daha yaxşı olacağıq. Məncə, insanlar bizi tənqid etməmişdən öncə öz komandalarındakı problemləri həll etsinlər. Bu cür manipulyasiyalar bizə motivasiya verir. Oyunçularıma təşəkkürümü bildirirəm, xarakter nümayiş etdirirlər. Məşqlərdə və oyunlarda ən yaxşısını etməyə çalışırlar. Qarşıda kubok görüşümüz var. Həmin oyuna ən yaxşı şəkildə hazırlaşıb, meydana çıxacağıq”.
Gəncə İdman Sarayında keçirilən “Gəncə” – “Quba” görüşü meydan sahiblərinin 96:78 hesablı qələbəsi ilə bitib.
Bizi Facebook-da izləyin