“Nəyisə rədd etmək üçün əvvəlcə nəyəsə söz verməlisən”

“Bayern”in keçmiş baş məşqçisi Yulian Naqelsmann “Çelsi”nin “sükanı arxasına” keçməkdən imtina etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Komanda.az “Sky Sports Germany”-yə istinədən xəbər verir ki, alman mütəxəssis kiməsə söz vermədiyini deyib:

“Nəyisə rədd etmək üçün əvvəlcə nəyəsə söz verməlisən”.

Maurisio Poçettinonun Naqelsmannın imtinasından sonra “Çelsi”nin baş məşqçisi olmaq üçün əsas namizəd olduğu bildirilir. Aprelin əvvəlində London klubu Qrem Potterin baş məşqçi postundan qovulduğunu elan edib. Mövsümün sonuna kimi komandanı Frenk Lempard çalışdıracaq.

“Çelsi” Premyer Liqada 39 xalla 11-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button