“Nəticəni dəyişmək bizim üçün qeyri-mümkün oldu”
“Lids”in baş məşqçisi Xavi Qrasiya İngiltərə Premyer Liqasının 31-ci turunun “Liverpul”la görüşünü (1:6) dəyərləndirib.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, yekun nəticənin bu cür olacağını gözləmədiklərini deyib:
“Çox məyusuq, çünki belə nəticə gözləmirdik. Üzərində işləməli olduğumuz məqamlar aydın oldu. Bu cür oynamaq, səhvlərə yol vermək, mövsümün ən çətin anında sərfəli nəticə qazanmaq çətindir. Oyunumuzu mümkün qədər tez təkmilləşdirməliyik. Bunu edə bilərik.
Üçüncü qoldan sonra qapımızda daha üç qol gördük. Nəticəni dəyişmək bizim üçün qeyri-mümkün oldu. Yaxşı və ya pis anlarda komanda şəklində mübarizə aparmağa davam etməliyik”.
“Lids” hazırda İngiltərə çempionatının turnir cədvəlində 29 xalla 16-cı, Mersisayd təmsilçisi isə 47 xalla 8-ci qərarlaşıb.
Bizi Facebook-da izləyin