Poçettino: “Nəticələrimizi yaxşılaşdırdıq”

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino Premyer Liqanın 34-cü turunda “Brayton”u məğlub etdikdən (2:1) sonra komandanın son matçlardakı nəticələri ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, qələbə qazanmaq üçün səbrli olmağın gərəkli olduğunu bildirib:

“Nəticələrimizi yaxşılaşdırdıq. Səbr haqqında danışdıq və nəyisə qurmaq lazım olanda vaxt lazımdır. Amma böyük klubda bu həmişə bəhanə kimi görünür. Bundan sonra “Bornmut”a qarşı yaxşı oynamalı və avrokuboklara vəsiqəni təmin etməliyik”.

“Çelsi” (60 xal) Premyer Liqada “Nyukasl”ı (57) qabaqlayaraq 6-cı pilləyə yüksəlib. “Brayton” (48) turnir cədvəlində 10-cu yerdə qalır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button