“Nəticədən tam razıyam” – “Olimpiakos”un baş məşqçisi
“Olimpiakos”un baş məşqçisi Xose Luis Mendilibar Yunanıstanda “Qarabağ”a qalib gəldikləri UEFA Avropa Liqasının matçından sonra mətbuat konfransında iştirak edib.
Komanda.az xəbər verir ki, o, hər kəsin komandası ilə fəxr etməli olduğunu deyib:
“Turnirə yaxşı başlamamışdıq. “Lion” bizi iki top fərqi ilə məğlub etmişdi. Hətta daha çox qol vura bilərdi. Çünki yaxşı oynamadıq. Sonra toparlandıq və yeddinci yeri tutmaq üçün lazım olanı etdik. Nəticədən tam razıyam”.
Liqa mərhələsini 15 xalla 7-ci pillədə başa vuran “Olimpiakos” birbaşa 1/8 finala vəsiqə qazanıb. “Qarabağ” isə 3 xalla sonuncu – 36-cı olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin