“Nəticədən razı qalmamaq mümkün deyil” – Kurban Berdıyev

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində səfərdə “Qarabağ”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri matçla bağlı bunları söyləyib:

“Qısa ifadə etməli olsam, uşaqlara bu canfəşanlığa, oyuna, nizam-intizama görə təşəkkür edirəm. “Qarabağ”a “Dinamo” ilə matçda uğurlar arzulayıram. İnanıram ki, onlar mərhələni keçməyi bacaracaq. Bu gün nəticədən də razı qaldım. Nəticədən razı qalmamaq mümkün deyil. “Qarabağ” çox güclü rəqibdir, Azərbaycan futbolunun “flaqman”ı sayılır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button