“Nəticədən razı qaldım” – “Omoniya”nın baş məşqçisi

Kiprin “Omoniya” komandasının baş məşqçisi Henninq Berq “Araz-Naxçıvan”a 4 cavabsız qolla qalib gəldikləri UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, mətbuat konfransında 4 qol vurduqları üçün sevindiklərini söyləyib:

“Qapımızda top görmədik. Evdə növbəti matça çıxmalı və işimizi tamamlamalıyıq. Nəticədən razı qaldım”.

O, ot örtüyünün keyfiyyətinin yaxşı olmadığını söyləyib:

“Burada oynamaq çətin idi. Lakin yaxşı qollar vurduq. Oyunçuların çıxışından razı qaldım”.

Henninq Berq daha əvvəl avrokuboklarda “Qarabağ”la da qarşılaşdıqlarını xatırladıb:

“Qarabağ” həmin vaxt daha təcrübəli kollektiv idi. “Araz-Naxçıvan” isə yeni qurulan komandadır. Bugünkü rəqibimiz əvvəlki mərhələdə çox yaxşı çıxış etmişdi. Biz bu nəticəni də asanlıqla əldə etmədik”.

Tərəflər arasında cavab görüşü avqustun 14-də Nikosiyada baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button