“Nəticədən razı deyiləm” – Türkiyə millisinin baş məşqçisi
Türkiyə milli komandasının baş məşqçisi Ştefan Kunts AÇ-2024-ün seçmə mərhələsinin ikinci turunun Xorvatiya ilə görüşünü (0:2) şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, rəqibin topla çox yaxşı davrandığını deyib:
“Əlbəttə, nəticədən razı deyiləm. Birinci hissədə biz oyun planımıza sadiq qaldıq. Çox yaxşı 3-4 qol epizodu yaratdıq. Xorvatlar topla çox yaxşı davranırlar”.
Türkiyə millisi hazırda D qrupunda 3 xalla üçüncü, Xorvatiya isə 4 xalla ikincidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin