
“Nəticədən razı deyiləm” – Berezutski
“Sabah” Azərbaycan Premyer Liqasının 35-ci turunda səfərdə “Zirə” ilə 1:1 hesablı heç-heçə edib.
Komanda.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Vasili Berezutski oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
“Biz yaxşı oynadıq, daha çox qol imkanı yaratdıq. Təəssüf ki, onlardan yararlanmaq olmadı. Nəticədən razı deyiləm. Biz çempionatda bütün şanslarımızı itirmişik. Finala çıxdıqdan sonra ora fokuslanmışıq. O oyuna hazırlaşırıq. Çempionatı da oynayırıq, “Neftçi” ilə oyunumuz var. Bütün matçları udmaq istəyirik. Biz istənilən matçda qalib gəlmək istəyirik. Çünki oyundan qalib ayrılsaq, bizə daha çox əminlik verəcək”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



