“Nəticə istədiyimiz kimi olmadı”

“Zirə”nin futbolçusu Soni Norde Premyer Liqanın 7-ci turunda “Qəbələ” ilə qarşılaşdıqları oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, haitili hücumçu 1:1 hesabıyla bitən görüşlə bağlı jurnalistlərin suallarını cavablandırıb:

  • Çətin olacağını bilirdik. İlk hissədə qol vurmağa çalışırdıq, amma buna nail olmadıq. Fasilədən sonra “Qəbələ” müdafiədə olduğu üçün hücumlarda tələsirdik ki, ilk qolu vuraq. Ancaq əksinə oldu, rəqib fərqləndi. Hesabı dərhal bərabərləşdirsək də, qələbə qolunu vura bilmədik. Fikrimcə, komandada hər şey qaydasında idi. Nəticə istədiyimiz kimi olmadı.
  • Qol vurmaq üçün “Qəbələ”nin fərqlənməyini gözləyirdiz?
  • İkinci hissədə tələsirdik. Müəyyən səhvlər etdik ki, bu da rəqibin qol vurmasına səbəb oldu. “Qəbələ”nin qolundan sonra baş məşqçimiz müəyyən taktiki gedişlərə əl atdı. Yaxşı oynadıq, nəticə ürəyimizcə olmadı.
  • “Zirə”nin turnir cədvəlindəki yeri potensialınıza uyğundur?
  • Fikrimcə, uyğun deyil. Komanda yoldaşlarımın ustalıq səviyyəsini nəzərə alaraq söyləyim ki, daha da irəli gedə bilərik. Nəticəsi bizi qane etməyən oyunlarda özümüz həmin şəraiti yaratmışıq ki, bu gün turnir cədvəlində istəmədiyimiz yerdəyik. “Qarabağ”la oyunda səhvlərimizdən qollar buraxdıq. Bu matçda da belə oldu. Səhvimizdən qol gördük. Səhvləri növbəti dövrələrdə təkrarlamamğa çalışacağıq. İkinci dövrədə çalışacağıq ki, 3-4-cü yerlərdə tamamlaya bilərik.
  • Riçard Qadze “Zirə” ilə müqavilə imzalayacaq. Bu, mövqeyini itirməyin anlamına gəlmir?
  • Yekun qərar baş məşqçinin olacaq. Məşqlərdə çalışıram, istəyirəm komandaya kömək edim. Qadze yaxşı futbolçudu. Düşdüyümüz vəziyyətdə inanıram ki, Qadze də bizə kömək edəcək. Elə durumdayıq ki, bundan çıxmaq istəyirik. Start heyətlə bağlı qərarları baş məşqçi verir. Sonda hər şey bilinəcək.
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button