DÇ-2022: “Tənqid ediləcək çox şey var” – belçikalı hücumçu
Belçika millisinin hücumçusu Mişi Batşuayi DÇ-2022-nin qrup mərhələsində Kanada üzərində qələbəni (1:0) şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Batşuayi ilk matçdan narazı qalıb. Amma o, millinin mundialda ilk qolunun müəllifi olduğu üçün sevincli olduğunu da deyib:
“Bu gün Belçika millisi ən yaxşı komanda deyildi. Tənqid ediləcək çox şey var, nəticə çıxarmalıyıq. Daha çox qol vurmalıydıq. İlk qolun müəllifi olduğum üçün şadam”.
F qrupuna Belçika millisi başçılıq edir (3 xal). Mərakeş ikinci (1 xal), Xorvatiya üçüncü (1 xal), Kanada isə sonuncudur (0 xal).
Noyabrın 27-də Belçika Mərakeş, Xorvatiya isə Kanada millisi ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin