
“Qarabağ”la oyunun nəticəsi bizi məyus edir”
UEFA Çempionlar Liqasında “Qarabağ”a məğlubiyyət “Benfika”nı məyus edib.
Komanda.az xəbər verir ki, bunu Portuqaliya klubunun futbolçusu Enzo Barreneçea “Sport TV”-yə açıqlamasında deyib.
O, bu matçı unudub çempionata köklənəcəklərini söyləyib:
“Biz komanda oyun nümayiş etdirirdik, irəlidə oynayırdıq və sakit idik. Çempionlar Liqasında səhvlərə yol verilməməlidir. Nəticə bizi məyus edir. Diqqətimizi çempionat oyununa yönəltməliyik. Bura fərqli yarışdır. Hətta hesabda 2:0 öndə olmaq belə, rahatlaşmağa əsas vermir. Biz danışacağıq və növbəti matça köklənəcəyik”.
“Qarabağ” Çempionlar Liqasının əsas mərhələsinin ilk oyununda Portuqaliyada “Benfika”nı üstələyib – 3:2. Bu, Azərbaycan təmsilçilərinin qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsində ilk qələbəsi kimi tarixə düşüb.
Bizi Facebook-da izləyin



