“Nəticə ən vacib şeydir” – Keyn
“Bayern”in hücumçusu Harri Keyn Bundesliqanın 12-ci turunun matçında “Köln” üzərində qələbədən (1:0) danışıb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, münhenlilərin yeganə qoluna imza atan Keyn bunları deyib:
“Bu, həqiqətən yaxşı oyun idi. İlk hissədə daha çox qol vurmalı idik. Fasilədən sonra oyuna nəzarət etdik. Bu, beynəlxalq fasilədən sonra mühüm qələbədir. Nəticə ən vacib şeydir. Bəzi insanlar yəqin ki, bir az daha çox şey gözləyirdilər, lakin “Köln” yaxşı müdafiə olundu”.
Keyn bu mövsüm Bundesliqada 12 matçda 18 qol vurub. O, bir mövsümdə bu qədər qol vuran ilk ingilis futbolçu kimi Almaniya çempionatında rekorda imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin