
Nəsirlinin vurduğu qol komandasına qələbə qazandırdı
Latviya çempionatında 35-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Ramin Nəsirlinin komandası “Dauqavpils” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv evdə “Liepaya” ilə qarşılaşıb və 2:1 hesablı qələbəyə sevinib.
Ramin də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçumuz 89-cu dəqiqədə əvəzlənib. Komandasının ilk qolunu da 39-cu dəqiqədə azərbaycanlı futbolçu vurub.
“Dauqavpils” hazırda 36 xalla 10 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.
Müqavilə ilə “Neftçi”yə məxsus olan Ramin “Dauqavpils”də icarə əsasında forma geyinir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin