Nəsirli oynadı, komandası yenə uduzdu

Latviya çempionatında 27-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Ramin Nəsirlinin komandası “Dauqavpils” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Auda” ilə qarşılaşıb. Futbolçumuzun komandası meydanı məğlubiyyətlə tərk edib – 0:2.

Ramin də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 62 dəqiqə oynayıb.

Futbolçumzun komandası hazırda 25 xalla 10 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.

Müqavilə ilə “Neftçi”yə məxsus olan Ramin “Dauqavpils”də icarə əsasında forma geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button