Nəsirli oynadı, komandası səfərdən qələbə ilə döndü

Latviya çempionatında 30-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Ramin Nəsirlinin komandası “Dauqavpils” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Super Nova” ilə qarşılaşıb və 1:0 hesablı qələbəyə sevinib.

Ramin də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçumuz 77-ci dəqiqədə əvəzlənib.

“Dauqavpils” hazırda 29 xalla 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.

Müqavilə ilə “Neftçi”yə məxsus olan Ramin “Dauqavpils”də icarə əsasında forma geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button