
Nəsirli oynadı, komandası səfərdə sevindi
Latviya çempionatında 23-cü turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Ramin Nəsirlinin komandası “Dauqavpils” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Valmiera” ilə qarşılaşıb. Futbolçumuzun komandası meydanı qələbə ilə tərk edib – 1:0.
Ramin də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 90+5-ci dəqiqədə əvəzlənib.
Futbolçumzun komandası hazırda 25 xalla 10 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.
Müqavilə ilə “Neftçi”yə məxsus olan Ramin “Dauqavpils”də icarə əsasında forma geyinir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin