
Nəriman Abbasovun növbəti döyüşünün vaxtı bəlli oldu
Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasovun növbəti döyüşünün vaxtı bilinib.
Komanda.az xəbər verir ki, 28 yaşlı idmançı növbəti döyüşünü martın 18-də keçirəcək.
Qazaxıstanın Almatı şəhərində keçiriləcək döyüş gecənin əsas qarşılaşması olacaq. Onun rəqibi yerli idmançı Fanil Rafikov olacaq.
Döyüş “Nazia Fighting Championship” tərəfindən təşkil olunacaq.
Fanil Rafikov 21 döyüşdə qalib gəlib, 6 dəfə uduzub. Nəriman Abbasov isə 28 döyüşdə qələbə qazanıb, 4 dəfə məğlub olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin