“Nəhayət, bizimlə olacağına görə şadıq” – Kroosun xanımı
Almaniyalı yarımmüdafiəçi Toni Kroosun həyat yoldaşı Jessika Kroos sosial şəbəkədə onun futboldan ayrılması ilə bağlı paylaşım edib.
Komanda.az xəbər verir ki, xanım Kroos, həyat yoldaşının nəhayət, onlara vaxt ayıracağına görə sevindiyini bildirib:
“Mən səninlə çox fəxr edirəm, sən bizim qəhrəmanımızsan. Məni bu səyahətə apardığın üçün təşəkkür edirəm. Nəhayət, bizimlə olacağına görə şadıq, amma meydanda sənin oyunun üçün də darıxacağıq. Hər şey üçün təşəkkür edirəm. Səni çox sevirik!”
Kroosun peşəkar karyerasında son matçı AÇ-2024-ün 1/4 finalında İspaniya komandası ilə qarşılaşma olub. Almaniya millisi əlavə vaxtda 1:2 hesabı ilə məğlub olaraq, ev sahibi olduğu turnirdən kənarlaşdırılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin