
Nəbiyevli “Viktoriya” yeni mövsümə qələbə ilə başladı
Futbol üzrə Çexiya 2-ci divizionunda 2020/21 mövsümünə start verilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçular – Fərid Nəbiyevlə Samir Qurbanovun formasını geyindiyi “Viktoriya” (Jijkov) da yeni mövsümdə ilk matçına çıxıb.
Sözügedən komanda səfərdə “Mas Taborsko” ilə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan qələbə ilə ayrılıb – 3:1.
Fərid də bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin