Nəbiyevli “Viktoriya” yenə məğlub oldu
Futbol üzrə Çexiya 2-ci divizionunda 18-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda Praqa “Sparta”sının ikinci komandası qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
Fərid də bu görüşün iştirakçısı olub. O, 19-cu dəqiqədə meydana buraxılıb və 70-ci dəqiqədə əvəzlənib.
“Viktoriya” 18 turdan sonra 10 xalla 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin