
Nəbiyevli “Viktoriya” səfərdən xalsız döndü
Futbol üzrə Çexiya 2-ci divizionunda 10-cu turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Trineç”lə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
Fərid də bu görüşün iştirakçısı olub. O, 90 dəqiqə meydanda olub.
“Viktoriya” 10 turdan sonra 8 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin