
Nəbiyevli “Viktoriya” mövsümü qələbə ilə başa vurdu
Futbol üzrə Çexiya 2-ci divizionunda 2019/20 mövsümünə yekun vurulub.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçular – Fərid Nəbiyevlə Samir Qurbanovun formasını geyindiyi “Viktoriya” (Jijkov) da bu mövsümün son matçına çıxıb.
Sözügedən komanda doğma meydanda “Pardubiçe” ilə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan qələbə ilə ayrılıb – 2:1.
Fərid də bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb. Cari mövsümdə iki qol vuran Nəbiyev son oyunda fərqlənə bilməyib. Əvəzedici komandanın üzvü olan Samir isə bu görüşün iştirakçısı olmayıb.
“Viktoriya” mövsümü 49 xalla 16 kollektiv arasında 5-ci pillədə başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin