Nəbiyevli “Viktoriya” doğma meydanda uduzdu
Futbol üzrə Çexiya 2-ci divizionunda 22-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Brno” ilə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan məlubiyyətlə ayrılıb – 0:3.
Fərid də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.
“Viktoriya” 22 turdan sonra 11 xalla 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin