Nəbiyevli “Slaviya” 3 xalı 4 qolla qazandı
Azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya” Çexiyanın gənclər liqasında növbəti oyununu keçirib.
Komanda.az xəbər verir ki, sözügedən komanda 6-cı tur çərçivəsində doğma meydanda “Sokol Hostoun”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:0.
Fərid də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 81-ci dəqiqədə əvəzlənib. Cari mövsümdə 3 qol vuran millimizin üzvü bu dəfə fərqlənə bilməyib.
“Slaviya”nın U-21 komandası 6 turdan sonra 9 xalla 16 iştirakçı arasında 7-cidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin