Nəbiyevin komandası səfərdən 1 xalla döndü
Futbol üzrə Çexiya 2-ci divizionunda 25-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Xrudim”lə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
Fərid də bu görüşün iştirakçısı olub. O, 46-ci dəqiqədə meydana buraxılıb.
“Viktoriya” 25 turdan sonra 13 xalla 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin