Nəbiyevin komandası 4 qola üzüldü
Futbol üzrə Çexiya 2-ci divizionunda 27-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Jihlava” ilə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb – 3:4.
Fərid bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
“Viktoriya” 27 turdan sonra 11 xalla 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb. Komandanın mövsümün sonunda aşağı liqaya düşəcəyi artıq dəqiqləşib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin