“Nə vaxtsa Polşa klublarından biri “Qarabağ”ı məğlub etməli idi”

“Rakuv”un baş məşqçisi David Şvarqa Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Qarabağ”la keçirilən cavab oyunundan sonra mətbuat konfransında iştirak edib.

Komanda.az xəbər verir ki, o, müdafiə futbolu oynadıqlarını deyib:

“Komandamı təbrik edirəm! Daha çox müdafiədə oynadıq. İdmanda dözümlü olmaq vacibdir. Çox gözəl oyun göstərdik: həm fiziki, həm də mental cəhətdən. Dincəlmək bizim dadımıza çatacaqsa, bəli, biz yenidən Bakı Olimpiya Stadionuna gələ bilərik.

Con Yeboanın zədəsi bizim oyunumuzu çətinləşdirdi. Yoxlanışlardan sonra hər şey daha da aydın olacaq. Birinci hissədə özümüzü yaxşı tərəfdən göstərdik. Qapımızı toxunulmaz saxlamışdıq. Sizə xatırlatmaq istərdim ki, keçən mövsüm Polşa çempionatının son qalibi beş qol buraxmışdı. Lakin bu gün həmin ssenari təkrarlanmadı.

Əziz jurnalist, sizi paltardəyişmə otağımıza dəvət edirəm. Futbolçularım hazırda çox yorğundurlar. Hava şəraiti və rütubət bizə xeyli çətinlik törətdi.

Komandamızın bu səviyyədə olması keçmiş məşqçinin əziyyəti ilə bağlıdır. O, təməli yaxşı qoydu və biz hazırkı səviyyədə çıxış edə bildik. Eyni gücə sahib komandalar üz-üzə gələndə nəticə belə olur. Fran Tudorun sayəsində qələbə qazandıq. 65-ci dəqiqədən Marko Yankoviçlə Yassin Benzya çox üstün çıxış etdilər. Məhz bu səbəbdən də əvəzetmələr gerçəkləşdi.

Nə vaxtsa Polşa klublarından biri “Qarabağ”ı məğlub etməli idi. Həmin şanslı komanda biz olduq (gülür). “Qarabağ” zəif deyil, onlar çox güclü rəqibdirlər. İnanıram ki, hər şey zamanla daha yaxşı olacaq.

Bu gün qələbəmizin dadını çıxarmaq istəyirəm. Növbəti matçımız Polşa çempionatında olacaq. Həmin oyuna hazırlaşacağıq”.

İki oyunun nəticəsinə əsasən, Polşa klubu “köhlən atlar”ı 4:3 hesabı ilə məğlub edib və növbəti mərhələyə vəsiqə qazanıb.

Rövşən Əlisoy

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button