“Braziliya polisini izləmək ayıbdır!”

Argentina millisinin müdafiəçisi Lisandro Martines sosial şəbəkədə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Braziliya yığması ilə görüşdən (1:0) əvvəl hüquq-mühafizə orqanlarının stadionda hərəkətlərini tənqid edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu hadisələrin təkrarlanmasından şikayətlənib:

“Braziliya polisini izləmək ayıbdır! Bu necə mümkündür? Nə vaxta qədər belə səhnələrə baxmalıyıq? Braziliyada hər şey həmişə eynidir”.

“Marakan”ada keçirilən görüş tribunalardakı iğtişaşlar səbəbindən gecikmə ilə başlayıb. Komandaların azarkeşləri hələ start fitindən əvvəl qarşıdurmaya başlayıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button